Silahlı qüvvələr düşmənin yeni təcavüzünə cavab verməyə tam hazırdırlar
İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Cənubi Afrika milli müdafiə qüvvələrinin komandanı ilə görüşdə bildiribdir ki, İran İslam Respublikasının silahlı qüvvələri Amerika ilə sionist rejimin yenidən təcavüz edəcəkləri təqdirdə, onlara daha qətiyyətli cavab verməyə hazırdırlar.
General-leytenant Seyid Əbdürrəhim Musəvi vurğulayıb ki, Cənubi Afrikanın sionist rejimdən etdiyi şikayət İranın yanaşmaları və siyasətləri ilə uzlaşır və ədalətsevərliyə əsaslanır.
O, əlavə edib: Amerikanın və sionist rejimin vədə xilaf çıxmaları böyük keçmişə malikdir. Buna görə, İran İslam Respublikasının silahlı qüvvələri onların yenidən təcavüz edəcəkləri təqdirdə, onlara daha qətiyyətli cavab verməyə hazırdırlar.
Cənubi Afrika milli müdafiə qüvvələrinin komandanı da öz növbəsində bildiribdir ki, İran İslam Respublikası Cənubi Afrika xalqının aparteidə qarşı azadlıqsevər mübarizələrini himayə edib və bu himayələr, iki xalq arasında tarixi bağ yaradıbdır.