Tehran və Bağdad Vaşinqtona xitabən:
İkitərəfli əlaqələrə müdaxilə etməyin
İran və İraq ABŞ-ın bu iki ölkə arsında imzalanan birgə təhlükəsizlik sazişini tənqid etməsinə cavab olaraq, bu addımı iki müstəqil ölkənin münasibətlərinə qəbuledilməz müdaxilə hesab ediblər.
İranın Bağdaddakı səfirliyi Vaşinqtonun bu mövqeyini ABŞ-ın regionda sabitliyi pozan siyasətinin əlaməti kimi qiymətləndirib.
İraqın Vaşinqtondakı səfirliyi isə vurğulayıb ki, İraq tam müstəqil bir ölkədir və Bağdad, konstitusiyasının müddəalarına uyğun olaraq, ikitərəfli müqavilələr bağlamaq hüququna malikdir.
Bu təhlükəsizlik memorandumu İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin Bağdada səfəri zamanı imzalanıb və sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorla mübarizə məqsədi daşıyır.
Bunula belə, ABŞ Dövlət Departamentinin sözçüsü buna qarşı çıxaraq, iddia edib ki, Vaşinqton İraqı İran dövlətinə çevirəcək, qanunvericiliyi deyil, əsl İraq suverenliyini dəstəkləyir.