Avq 20, 2025 14:01 Asia/Baku
  • Prezidentlər dayanıqlı və davamlı sülhün təmin olunmasına təkid ediblər

Ermənistan və İran İslam Respublikasının prezidentləri dayanıqlı və davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayıblar.

Bu məlumata əsasən, Ermənistan prezidenti Vahagn Xaçatryan Prezident İqamətgahında rəsmi səfərlə İrəvanda olan İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ilə görüşüb.

Xaçatryan bu görüşdə əminlik ifadə edib ki, İran prezidentinin səfəri regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Görüş zamanı tərəflər siyasi, iqtisadi, mədəni və digər bir çox sahələrdə mövcud əməkdaşlıq potensialının reallaşdırılması yollarını müzakirə ediblər.

Həmçinin rəsmi səfər çərçivəsində əldə olunan ikitərəfli razılaşmalar və imzalanan sənədlər müsbət qiymətləndirilib.

Görüşün davamında Xaçatryan qeyd edib ki, Ermənistan-İran sıx tərəfdaşlığının ən yaxşı nümunələrindən biri Şimal–Cənub yol dəhlizinin Sünik hissəsində İranın tikinti şirkətlərinin təsirli fəaliyyətidir. Bu, ikitərəfli əməkdaşlığın səmərəliliyinin və yüksək etimad səviyyəsinin parlaq göstəricisidir.

Tərəflər bildiriblər ki, dayanıqlı və davamlı sülhün təmin olunması, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi prinsiplərinə əsaslanan ticarət yollarının yaradılması bütün region üçün faydalı olacaq.