Sen 28, 2025 11:52 Asia/Baku
  • BMT-nin vəzifələrinə güclərin təsiri narahatedicidir

İranın xarici işlər naziri Seyid Abbas İraqçi bəzi güclərin BMT-nin vəzifələrinin yerinə yetirilməsinə mane olmasından və təsir göstərməsindən dərin təəssüfünü ifadə edərək, İran əleyhinə hərbi təcavüzü BMT-nin 80 illik tarixində təhlükəli bir dönüş nöqtəsi adlandırıb.

Səs və Sima xəbər agentliyinin məlumatına görə, İraqçi BMT Baş Assambleyasının illik 80-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib və bu gün səhər iclasın prezidenti xanım Annalena Baerbock ilə görüşüb.

Görüşdə İraqçi BMT Baş Assambleyasının bütün ölkələrin üzv olduğu yeganə qlobal forum kimi özünəməxsus mövqeyini vurğulayaraq, bu qurumun BMT Nizamnaməsinin prinsiplərini, hüququn aliliyini və ədaləti qorumaq məsuliyyətini xatırladıb.

Nazir, Qəzzada baş verən soyqırımı və sionist rejimin Qərbi Asiya ölkələrinə qarşı müharibə siyasəti ilə bağlı BMT-nin vəzifələrinin yerinə yetirilməsindəki maneələri və güclərin təsirini tənqid edib. O, İsrail və ABŞ-ın İrana qarşı hərbi təcavüzünü BMT-nin 80 illik tarixində təhlükəli bir dönüş adlandıraraq, BMT və onun bütün qurumlarının bu qanun pozuntularına qarşı qətiyyətli reaksiya vermək məsuliyyətini vurğulayıb.

İraqçi həmçinin Avropanın üç ölkəsinin ABŞ-ın ardınca İran əleyhinə ləğv edilmiş Təhlükəsizlik Şurası qətnamələrini geri qaytarmaq cəhdini qanunsuz və əsassız adlandırıb və bu addımın İranın nüvə məsələsi ilə bağlı diplomatik proseslərə təsiri barədə xəbərdarlıq edib.

BMT Baş Assambleyasının prezidenti isə bütün dövlətlərin BMT Nizamnaməsinin prinsiplərinə və məqsədlərinə sadiq qalmasının vacibliyini vurğulayaraq, İranın nüvə məsələsi də daxil olmaqla regionda gərginliyin artmasının qarşısını almaq üçün diplomatik yolun davam etdirilməsinə çağırıb.