Okt 01, 2025 14:18 Asia/Baku
  • Qahirə razılaşmasının taleyi Ali Milli Təhlükəsizlik Şurasının qərarından asılıdır

İranın xarici işlər naziri Seyid Abbas İraqçi Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Atom Enerjisi Agentliyindəki son hadisələrə toxunaraq, bildirib ki, Qahirə razılaşması ilə bağlı qərar ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilməlidir.

Seyid Abbas İraqçi çərşənbə axşamı Nyu-Yorkdan qayıdarkən, eyib: "Biz Yeni şəraitlə üz-üzəyik. İstər Təhlükəsizlik Şurasında, istər BMT-də, istərsə də Beynəlxalq Atom Enerjisi Agentliyində. Bizim fikrimizcə, Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların bərpası mexanizmi ilə bağlı qərar qəbul etmək üçün lazımi konsensus mövcud deyildi". 

O, əlavə edib: "Rusiya və Çin də konsensusun olmadığına inanır. Bu məsələlər Ali Milli Təhlükəsizlik Şurası və onun nüvə komitəsində müzakirə olunmalıdır. Biz şəraitə əsasən və ölkənin maraqlarına uyğun hərəkət edəcəyik. Əminəm ki, Milli Təhlükəsizlik Şurasında düzgün qərarlar qəbul olunacaq".