Okt 07, 2025 11:23 Asia/Baku
  • Regionun ağır durumu bəzi güclərin qarışma siyasətləri və İsrail rejiminin soyqırımıdır

Yaxın Şərqdəki vəziyyət son dərəcə ağırdır və belə bir vəziyyət, bəzi regiondankənar güclərin qarışma və militarist siyasətlərinin, ardıcıl silahlı toqquşmaların, həmçinin sionist reijm tərəfindən törədilən soyqırım və uzunmüdətli işğalın nəticəsidir. Bunları, İranın BMT yanındakı səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani söyləyib.

İran İslam Respublikasının BMT yanındakı səfiri və daimi nümayəndəsi yerli vaxta, bazar ertəsi günü, Birləşmiş Millət Təşkilatının ikinci komitəsində belə deyib: Bir həftə bundan əvvəl, Baş Assambleyanın səksəninci sessiyasında ölkələr və dövlətlərin başçıları bu gün üzləşdiyimiz beynəlxalq problemlərin həllinin təcilliyinə təkid edən güclü mesajlar verdilər. Onlar çoxtərəfliliyin gücləndirilməsi zərurətinə, uzun keçmişə malik inkişaf öhdəliklərinin yerinə yetirilməsinə olan təcili ehtiyaca, iqlim maliyyə təmini yolu ilə, iqlim dəyişiklikləri sahəsində qətiyyətli addımların atılmasına, davamlı inkişaf və texnologiyanın köçürülməsi vacibliyinə, eləcə də beynəlxalq maliyyə orqanlarının hökmranlıq strukturlarında geri düşmüş islahatların önəminə təkid etdilər.

Belə bir halda, bir çoxları birtərəfliliyin dərhal başa çatması, həmçinin Qəzzədəki soyqırıma son qoyulması və cinayətlərin dayandırılması üçün təcili beynəlxalq tədbirlərin görülməsini tələb etdilər- deyə,  Əmir-Səid İrəvani xatırladıb.

İran İslam Respublikasının baş diplomatı vurğulayıb: Birtərəflilik, bizim dünyanı hər zamandakından daha çox təhdid edib, sülh, sabitlik və inkişafın dayaqlarını zəiflədir. Bu təhdidlər əhatəli formada və qətiyyətlə rədd olunmalıdır.

Müasir dünyanın təcili şəkildə ehtiyac duyduğu məsələ, təfriqə deyil, çoxtərəfliliyin gücləndirilməsi, gerçək əməkdaşlıq, BMT əsas götürülməklə/ birgə addım və həmrəylikdir- deyə, İranın BMT yanındakı səfiri və daimi nümayəndəsi qeyd edib.