Okt 17, 2025 13:09 Asia/Baku
  • İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılmalıdır

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda 18 oktyabr şənbə günü, BMT Təhlükəsizlik Şurasının nüvə sazişi ilə bağlı 2231 saylı qətnaməsində müəyyən edilmiş 10 illik müddətin başa çatmasına toxunaraq, vurğulayıb ki, İranla bağlı nüvə silahının yayılmamasına nəzarət məsələsi BMT Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılmalıdır.

Rusiya Xarici İşlər Nazirliyi cümə günü rəsmi internet saytında yaydığı bəyanatda deyilir: "Şənbə günündən etibarən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində yer alan bütün məhdudiyyətlər və tədbirlər aradan qaldırılmalı və Şura İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsini yekunlaşdırmalıdır".

Bəyanatda əlavə edilib ki,bu dəyişikliklər əvvəllər nüvə sazişi çərçivəsində razılaşdırılıb və sazişi təsdiq edən BMT qətnaməsinə daxil edilib.

Rusiya Xarici İşlər Nazirliyi bəyanatında vurğulayıb ki, Tehranla əməkdaşlıq müxtəlif sahələrdə davam edəcək.