Okt 20, 2025 19:06 Asia/Baku
  • İran gənci elm və qüdrət zirvələrini fəth edəcək; İran raketi siyonist rejim mərkəzlərini külə döndərdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ölkə idman çempionları və beynəlxalq elmi olimpiadaların medalçıları ilə görüşündə, gənc nəslin ümidverici rolunu yüksək qiymətləndirərək, özünə inamın qorunmasının və daxili gücə söykənməyin vacibliyini vurğulayıb və buyurublar: "Siyonistlər heç vaxt düşünməzdilər ki, iranlı gəncin əli ilə hazırlanmış raket onların həssas mərkəzlərini hədəfə alıb məhv edə bilər”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər idman çempionları və beynəlxalq elmi olimpiadaların medalçılarından yüzlərlə gənc ilə görüşündə, İran gənclərini “ümid simvolu və milli gücün təcəssümü” kimi qiymətləndiriblər və buyurublar: "Düşmənlər, psixoloji müharibə ilə milli iradəni zəiflətmək və tərəqqi yolundan yayındırmağa çalışsalar da, iranlı gənclərin elmi və idman sahəsindəki uğurları bu fitnələrə qürurlu və əməli cavabdır". 

O Həzrət, İslam İnqilabından sonra İranda elmi və texnoloji sıçrayışlarına toxunaraq, nano, lazer, hərbi sənayelər və tibb sahələrində əldə edilən irəliləyişləri xatırladıblar və və əlavə ediblər: "Düşmənin İranın uğurlarını inkar etmə və ya təhrif etmə cəhdləri səmərəsizdir, çünki sahədəki reallıqlar xalqın yolunun işıqlı olduğunu göstərir".

Ali Məqamlı Rəhbər çıxışının başqa bir hissəsində ABŞ prezidentinin son cəfəngiyyatını sərt şəkildə tənqid edərək, onun davranışını sionist rejimə ruh vermək cəhdi kimi dəyərləndiriblər və qeyd ediblər ki, 12 günlük müharibədə İran raketləri sionist rejimin həssas və tədqiqat mərkəzlərini külə çevirdi; bu güc iranlı gəncin əl işidir, alınmış və ya asılılıq məhsulu deyil". 

O Həzrət əlavə ediblər ki, İran İslam Respublikası hərbi sahədə özünü təmin etmişdir və lazım gəldikdə bu çəkindirici gücdən istifadə ediləcəkdir.

Həzrət Ayətullahül-üzma Xamenei, Qəzzə müharibəsi zamanı törədilən cinayətlərə işarə edərək, ABŞ-ı siyonist rejimin əsas tərəfdaşı kimi qiymətləndiriblər və buyurublar: "Qəzzənin müdafiəsiz xalqının başına yağan bombaların hamısı ABŞ istehsalı idi".

Ali Məqamlı Rəhbər davamında ABŞ-ın terrorla mübarizə iddialarını yalan adlandırıblar və əlavə ediblər: “Əsl terrorçu ABŞ-dır. Hansı ki, İŞİD-i yaratdı və bizim alimlərimizi terror etdi". 

Həzrət Ayətullahül-üzma Xamenei ABŞ prezidentinin “İranın nüvə sənayesini bombalayaraq məhv etdik” sözlərinə münasibət bildirərək, deyib: "Fərqi yoxdur, qoy elə bu xəyalla yaşasınlar. Amma ümumiyyətlə, siz kimsiniz ki, hansısa ölkənin nüvə sənayesinə sahib olub-olmaması barədə hökm verəsiniz? İranın nüvə imkanları və sənayesinin ABŞ-a heç bir dəxli yoxdur. Bu müdaxilələr yersiz, yanlış və təkəbbürlüdür".

Ali Rəhbər ABŞ-nin müxtəlif ştat və şəhərlərində keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib:Əgər doğrudan da gücünüz çatırsa, yalan və təxribat yaymaq, başqa ölkələrin işlərinə qarışmaq və orada hərbi bazalar tikmək əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qaytarın.

İnqilab Rəhbəri sonda gənclərin öz istedadlarını İran millətinə xidmətə həsr etməli olduqlarını vurğulayaraq, qeyd ediblər: "Bəziləri xaricdə müəyyən uğurlar əldə edə bilər, amma o torpaqlarda yad qalacaqlar; halbuki İran sizin torpağınız və evinizdir". 

O Həzrət gənc nəsildə ümid, özünə inam və davamlı səylərin vacibliyini bir daha vurğulayaraq, əlavə ediblər: "İran xalqı heç vaxt zorakılığa və məcburiyyətə boyun əyməyəcək və iman və daxili gücə arxalanaraq, inkişaf yolunu davam etdirəcək".