İran dünya ordularının oxatma yarışlarının qalibi olub
Okt 28, 2025 14:18 Asia/Baku
İran İslam Respublikası Ordusunun komandası yeddi qızıl medalla Beynəlxalq Hərbi İdman Şurasının oxatma yarışlarının çempionluğuna nail olub.
Beynəlxalq Hərbi İdman Şurasının dördüncü oxatma yarışlarının sonunda İran komandası yeddi qızıl, beş gümüş və beş bürünc medalla birinci pillədə durub.
Türkiyə dörd qızıl və üç bürünc, Rusiya isə, üç qızıl, səkkiz gümüş və yeddi bürünc medalla müvafiq olaraq, ikinci və üçüncü pillələrdə dayanıblar.
Yarışlar Tehranın “Azadi” idman kompleksinin oxatma meydançasında keçirilib.