Noy 01, 2025 18:08 Asia/Baku
  • İraqçı: İsrail rejimi yeni müharibədə məğlub olacaq

İran xarici işlər naziri Seyid Abbas İraqçı bildirib ki, Tehran hər hansı düşmənçilik hərəkətilə üzləşmək üçün tam hazırlığa malikdir.

Əlcəzirə informasiya kanalına müsahibə verən İran xarici işlər naziri sionist rejimin təhdidləri qarşısında İranın qətiyyətli mövqeyini şərh edib.

Bütün səviyyələrdə hazırıq və yeni müharibə baş verərsə, İsrail daha bir məğlubiyyəti təcrübə edəcək- deyən İraqçı, ölkəmizin müdafiə sahəsindəki son nailiyyətlərinə işarə edib və belə söyləyib: Son döyüşlərdən əldə olunan təcrübələr, real döyüş meydanında İranın raket bacarığını eynilə sərgilədi və sübut etdi ki, İran əməliyyat hazırlığının ən yüksək səviyyəsinə çatıbdır.

İran xarici işlər naziri İsrail rejiminin baş naziri Benyamin Netanyahunu müharibə canisi adlandırıb.

İsrailin hərəkətləri göstərdi ki, bu rejim regionun əsl düşmənidir- deyən İraqçı qeyd edib ki: İsrail Amerikanın yaşıl işığı olmadan, İrana hücum etməyə əsla cürət etməzdi.

İraqçı söhbətinin digər bir hissəsində vurğulayıb ki, İran öz raket proqramı barədə müzakirəyə hazır deyil və uran zənginləşdirilməsinin dayandırılmasını qeyri-mümkün hesab edir.

Müharibədə əldə olunmayan məsələ, müzakirə ilə də verilməyəcək-deyən İran xarici işlər naziri qeyd edib ki, Tehran Vaşinqtonla birbaşa müzakirə aparmaq istəməsə də, dolayı müzakirə yolu ilə, razılaşma əldə etmək imkanı var. Onun sözlərinə görə, İranın nüvə maddələri/ hələ də bombardman edilmiş təsisatların uçqunları altındadır, amma ölkənin nüvə texnologiyası yaşamaqda davam edir.