İran sionist rejim və ABŞ-ın Tehrana qarşı ittihamlarını rədd edib
İranın Meksikadakı Səfirliyi bir bəyanatda, ABŞ və sionist rejimin Tehrana qarşı guya Meksika şəhərində bu rejimin səfirinə hücum planı ilə bağlı yeni ittihamlarına cavab verib və bu cür ittihamların tamamilə yalan olduğunu vurğulayıb.
Bəyanatda deyilir: "İranın Meksikada İsrail rejimi səfirinə sui-qəsd cəhdi iddiası, iki ölkə arasındakı dostluq və tarixi münasibətləri məhv etməyə yönəlmiş böyük bir media yalanıdır və biz bunu qəti şəkildə rədd edirik".
Bəyanatda həmçinin vurğulanıb: "İran və Meksika ortaq maraqlara malikdirlər və Meksikanın təhlükəsizliyi və nüfuzu, İranın təhlükəsizliyi və nüfuzudur. Biz Meksika hökumətinin bizə göstərdiyi etimada heç vaxt xəyanət etməyəcəyik".
İranın Meksikadakı Səfirliyi davamında İrana qarşı anti-semitizm ittihamını sionist rejimin irqçi liderləri tərəfindən uydurulmuş böyük bir yalan adlandırıb.