Noy 21, 2025 11:23 Asia/Baku
  • Agentliyin İran əleyhinə qətnaməsi, qanunsuz və üzrsüzdür

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının Amerika, Almaniya, Fransa və İngiltərənin bu orqana üzv ölkələrə təzyiq göstərmələri ilə İranın sülhməramlı nüvə proqramına qarşı qəbul edilən qətnaməsuni qanunsuz və üzrsüz adlandırıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Hüquqi baxımdan, direktorlar şurası BMT Təhlükəsizlik Şurasının bitmiş qətnamələrini geri qaytarmaq üçün hər hansı səlahiyyətə malik deyildir. Üç Avropa ölkəsinin və Amerikanın direktorlar şurasında belə bir səlahiyyətin mövcud olduğunu təlqin etmək üzrə cəhdi, onların agentliyin qaydaları və gedişatları qarşısındakı məsuiyyətsiz rəftarları və mənfi niyyətlərinin bariz nişanəsidir.

Agentliyin qəbul edilmiş qətnaməsinin məzmunu Üç Avropa ölkəsinin aldadıcı rəftarı və Amerikanın quldurluğundan xəbər verir. Belə bir halda, hətta, agentliyin baş direktorunun “GOV iki min iyirmi beş altmış beş” adlı hesabatda etdiyi etirafa görə, agentliyin İranın bəzi nüvə mərkəzlərindəki yoxlama fəaliyyətlərinin dayandırılması ilə bağlı mövcud vəziyyət, ABŞ-ın və sionist rejimin hərbi hücumlarının birbaşa nəticəsidir. Qətnamənin müəllifləri bilərəkdən, bu reallığa azacıq da olsa belə, işarə etməkdən boyun qaçırıblar.