Noy 21, 2025 11:25 Asia/Baku
  • Regionda sülhün gücləndirilməsi üçün diplomatik məşvərətlər zərurət təşkil edirlər

İran və Rusiyanın xarici işlər nazirləri Seyid Abbas İraqçı və Sergey Lavrov bir telefon əlaqəsində, ikitərəfli münasibətlər, regional və qlobal hadisələr barədə söhbət edib, fikir mübadiləsi aparıblar.

İran xarici işlər naziri bu telefon danışığında regional sülh və sabitliyin gücləndirilməsi istiqamətində İranın bölgə ölkələrilə diplomatik məşvərətləri və təşəbbüslərinə işarə edib və bütün təsirli tərəflərin iştirakı ilə bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

Sergey Lavrov da öz növbəsində, regional əməkdaşlıq və məşvərət çərçivəsinin formalaşmasını, bölgə ölkələrinin qarşılıqlı problemlərinin həlli üçün əlverişli üsul adlandırıb. Rusiya xarici işlər naziri Moskvanın bu sahədə Tehranla koordinasiyaları davam etdirməyə hazır olduğunu bildirib.