Noy 25, 2025 17:38 Asia/Baku

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Pakistanla iqtisadi anlaşmalar yolunun asanlaşdırılması və bu yoldakı maneələrin aradan qaldırılmasını istəyib.

Əli Laricani qarşılıqlı ticarət mübadilələri həcminin  on milyard dollar tavanına qaldırılması hədəfini əlçatan adlandırıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bu gün İslamabadda Pakistanın baş nazir müavini və bu ölkənin xarici işlər naziri Məhəmməd İshaqdarla görüşüb, söhbət edibdir.

Görüşdə, son mühüm regional olaylar, həmçinin ortaq problemlərin həlli istiqamətində islami ölkələrin kollektiv addım atmalarının zərurəti araşdırılıb.

Tərəflər inandıqlarını bildiriblər ki: İslam Dünyası/ sionist rejimin islami ölkələrə qarşı təhdidinin aradan qaldırılması xüsusiyyət təşkil etməklə, region böhranlarının idarə olunması üçün sıx əməkdaşlıqlar, geniş ahəngdarlıq və elmi tədbirlərin işlənib hazırlanmasına ehtiyac duyur.

İki ölkənin qədim bağlarına toxunan İran Milli Təhlükəsizlik Ali Şurasının katibi İran-Pakistan əlaqələri səviyyəsinin strateji əlaqələr səviyyəsinə yüksəldilməsini, bir zərurət adlandırıb.