Noy 25, 2025 08:46 Asia/Baku
  • İmam Xomeyni(r.ə.) hüseyniyyəsində dördüncü əzadarlıq gecəsi mərasimi keçirilib

İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın şəhadəti gecəsi mərasimi keçirilib.

Dördüncü əzadarlıq gecəsi ilə bir zamanda, dünən axşam İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə)-nın şəhadəti gecəsi mərasimi təşkil olunub.

Mərasim, İslam İnqilabının Ali Rəhbərinin, həmçinin xalqın müxtəlif təbəqələri və Fatimi əzadarlarından minlərlə nəfərin iştirakı ilə keçirilib.

Mərasimdə çıxış edən höccətülislam vəlmüslimin Məsud Ali, ictimai və təsiredici məruflar və münkirlərin cəmiyyətdə və ondan da geniş miqyasda- haqq cəbhəsindəki rolundan danışıb. Bildirib ki: Həzrət Zəhra(s.ə.) öz əməli və bəyanı ilə, haqq cəbhəsinin ən böyük mərufunu, yəni, Həzrət Əmirəlmöminin Əli ələyhissəlamı qorudu və ən yüksək münkirə, yəni Vilayət cəbhəsindən yayınmanın baş verməsinə mane olmaqla, əslində, «haqq cəbhəsinin qoruyucusu oldu.

Mərasimdə həmçinin Mahmud Kərimi/ Həzrət Siddiqə(s.ə)-nın vəsfində, mərsiyə oxuyub, növhəxanlıq edibdir.