ŞƏT üzvlərinin "Səhənd-2025"antiterror təlimi keçiriləcək
https://azeri.sahartv.ir/news/İran-i422432-ŞƏt_üzvlərinin_səhənd_2025_antiterror_təlimi_keçiriləcək
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunları “Səhənd-2025” adlı genişmiqyaslı antiterror təliminə ev sahibliyi edəcək. Təlim Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə İranın Şərqi Azərbaycan vilayətində keçiriləcək.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Dek 01, 2025 11:15 Asia/Baku
  • ŞƏT üzvlərinin

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunları “Səhənd-2025” adlı genişmiqyaslı antiterror təliminə ev sahibliyi edəcək. Təlim Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə İranın Şərqi Azərbaycan vilayətində keçiriləcək.

Bu təlimdə üzv ölkələrin hərbi və təhlükəsizlik qüvvələri terrorla mübarizə sahəsində müxtəlif təlimlər keçmək üçün Şəbistər şəhərində toplanacaqlar.

"Səhənd-2025" adı ilə keçirilən bu təlimin İmam Zaman (ə.c) adına mexanikləşdirilmiş briqadasının ev sahibliyi ilə baş tutacağı gözlənilir. Bu briqada SEPAH-ın ən döyüş qabiliyyətli və təcrübəli hərbi hissələrindən biri hesab olunur. Sözügedən təlim hər il üzv ölkələrdən birinin ev sahibliyi ilə keçirilir və məqsədi əməkdaşlıq səviyyəsini artırmaq və zəruri təlimləri təmin etməkdir.