Dek 01, 2025 14:52 Asia/Baku
  • Qəzzəyə dəstək və ortaq ticarət müzakirə olundu

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İran prezidenti Məsud Pezeşkian və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşərək, siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi və məzlum Qəzzə xalqına dəstəyin vacibliyini vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da da yaxın zamanda İrana səfəri gözlənilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün Tehranda prezident Məsud Pezikiyan və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb və danışıqlar aparıb.

Görüşdə tərəflər ikitərəfli münasibətlər və regional məsələlərlə yanaşı, Qəzzə xalqının müdafiəsi və onlara humanitar və diplomatik dəstək göstərilməsi məsələlərində ortaq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, danışıqların əsas mövzularından biri İran və Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Bu, strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması məqsədilə nəzərdən keçirilib.

Diplomatik mənbələr bildiriblər ki, müzakirələr həmçinin regional təhlükəsizlik, böhranların qarşısının alınması və strateji səviyyədə koordinasiyanın artırılması məsələlərinə həsr olunub.