Təlimlərdəki məqsədlərimiz reallaşdı
Sepah-ın dəniz qüvvələrinin «Qüdrət» təlimlərində yeni dəqiqvuran raketlər
Sepah-ın dəniz qüvvələrinin komandanı vurğulayıb: Sepah-ın dəniz qüvvələrinin Fars Körfəzində keçirilən «Qüdrət» təlimlərində ilk dəfə olaraq, mənzili, Fars Körfəzinin uzunluğu qədər olan bir raketdən istifadə etdik.
Kontr-admiral pasdar Əlirza Təngsiri bir telemüsahibədə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin «Qüdrət» təlimlərini şərh edərkən bildirib ki, hərbi təlimlərdə nəzərdə tutulan bütün məqsədlər, nəticə verdi və həyata keçdi.
Kontr-admiral pasdar Təngsiri əlavə edib: İlk dəfə olaraq, mənzili, Fars Körfəzinin uzunluğu qədər olan raketdən istifadə etdik. Bu, min üç yüz yetmiş beş kilometrdən çox bir mənzil deməkdir. Sepah-ın dəniz qüvvələrində istehsal edilən bu raket, özünəməxsus qabiliyyətlərə malikdir. Raket atıldıqdan sonra idarəolunan və istiqmətləndirilən bir raketdir.