Dek 10, 2025 14:45 Asia/Baku
  • Dünya soyqırımı dəstəkləyən media orqanlarına qarşı dayanmalıdır

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani deyib: "Qərbin bəzi media orqanlarının roluna qarşı dayanmaq lazımdır. Bu media qurumları qeyri-insani ifadələrdən istifadə etməklə və həqiqətləri təhrif etməklə soyqırım əməllərini əsaslandırmağa yardım edirlər".

Əmir Səid İrəvani BMT Baş Assambleyasının "Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günü”ün 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasında çıxış edərək, bu beynəlxalq çağırışı belə izah edib: "Xanım Albanese-nin xüsusi məruzəsində də qeyd olunduğu kimi, bir çox Qərb dövlətləri diplomatiya pərdəsi arxasında gizlənərək, bu soyqırımı kampaniyasını asanlaşdırır, ona legitimlik qazandırır və nəticədə onu adi hala gətirirlər. Onlar sionist rejimin beynəlxalq hüquqa dair müstəmləkəçi və təhrif olunmuş rəvayətlərini yenidən istehsal edirlər".