İraqçı amerikalılara:
Dünyanı aldatmayın!
İran İslam Respublikasının xarici işlər naziri sosial şəbəkələrdən birindəki istifadəçi hesabında Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq məsələləri üzrə nümayəndəsinin müavini Morqan Ortaqusun sözlərinə kinayə ilə cavab verib
O, deyib: Amerika Birləşmiş Ştatlarının diplomatiya barədəki yeni tərifi belədir: Biz mənalı müzakirəyə hazırıq, amma, rəsmən tanınan beynəlxalq hüquqlarınızı unudun!
Mənalı danışıqlar bir yana qalsın, bu, müzakirə yox, diktə etmək deməkdir!- deyən Seyid Abbas İraqçı belə qeyd edib: Dünya gördü ki, biz danışıqlar aparmaqda idik ki, Birləşmiş Ştatlar xalqımızı atəşə tutmaq, diplomatiyanı alt-üst etmək qərarına gəldi. Biz də həmişə etdiyimiz işi gördük: Bizə hücum edənləri darmadağın etdik və elə iş gördük ki, gördükləri işdən peşman olsunlar.
Diplomatiya üçün əl uzatmağın mənası bu deyil ki, bombardmançı göndərə, sonra da fəxrlə, onların nakamlıqlarını uğur kimi qələmə verəsiniz!- deyə, İran xarici işlər naziri xatırladıb.
Dünya xalqlarını aldatmağa can atmaq yerinə, gerçək və şərəfli diplomaiyaya üz tutun- İran xarici işlər naziri vurğulayıb