Dek 25, 2025 12:33 Asia/Baku
  • İran prezidenti Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü münasibətilə dünya xristianlarına təbrik mesajı ünvanlayıb

İran prezidenti Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü və yeni milad ilinin gəlişi münasibətilə bu mərasimləri qeyd edən ölkələrin dövlət başçıları və xalqlarını təbrik edib.

İran prezidenti Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü və yeni milad ilinin gəlişi münasibətilə bu mərasimləri qeyd edən ölkələrin dövlət başçıları və xalqlarına ünvanladığı təbrik mesajında belə qeyd edib: Qədim zamanlardan bəri insanın amalı, onun çiçəklənməsi və səadətinə səbəb olan bütün bəşəriyyət cəmiyyətlərində sülhün yaradılması və etikanın yayılması olub.

Allah-Taalanın bütün ruhani və vəhy xüsusiyyətləri Həzrət İsa Məsih ələyhissəlamda özünü büruzə verir və ondan nümunə götürmək olar- deyən İran prezidenti ümidvarlıq edibdir ki, qarşıdan gələn yeni milad ilində birgə həmkarlıq, dinc yanaşı yaşama prinsipinə söykənmə və ədalətə söykənən əməldən isitfadə etməklə, təlatümlərlə dolu hazırkı dünyada asayiş və sülhün bərqərarının zərurətlərini yarada bilmiş olaq.

İran prezideni Həzrət İsa ibn Məryəmin mövludunun ildönümü günü münasibətilə dünya katoliklərinin rəhbəri Papa on dördüncü Leo-nu da təbrik edib.

Cənab Pezeşkiyan bu təbrik mesajında belə qeyd edib: Fövqəlqüdrətlərin cinayətlərinin onların qeyri-məhdud gücləri vasitəsilə dünya ictimaiyyətini müharibəyə və məhvə doğru sürükləyən hazırkı dövrdə bəşəriyyət problemlərinin həlli, anlaşma, təfəkkür, yeni baxış və kollektiv zəka tələb edir. Buna görə də, sərvət və nüfuz meydanının müdaxiləçilərindən asılı olmayan mütəfəkkirlər və dövlət başçılarının təsirli tədbirlərilə bütün məzlum və əziyyət çəkmiş xalqlar üçün azadlıq, təhlükəsizlik və sülhün reallaşması istiqamətində yeni yol tapmaq olar.

Allah-Taaladan, zati-alilərinin sağlamlığı və uğurunu, Həzrət İsa Məsih ələyhissəlamın davamçılarının səadəti, həmçinin bütün dünyada sülh və asayişin bərqərarını diləyirəm- deyə, İran prezidenti öz mesajının yekun hissəsində vurğulayıb