Dek 26, 2025 12:40 Asia/Baku
  • Onların saxta ittihamlarla məhbəsə atıldığı bildirilir

Azərbaycan Respublikası prezidentinin təşəbbüsü ilə həyata keçən amnistiya aktı çərçivəsində bir qrup dindar həbsdən azad edilib.

Lent.az xəbər verir ki, məddah Samir Salam, Ustad Ruhani, Hacı Maarif Ağayev, Kərbəlayi Hasil, İmran Ələsgərov, Ramil Cəbiyev, Mehman Fətəliyev, İsmayıl İsmayılov, Vüqar Məmmədov, Bəhruz Quliyev, Afiq Qurbanov, Amal Əhmədli, Bəhruz Kərimov, Hilal Əsədov, Ceyhun İlyasov, Bəxtiyar Babaşov, Ümidvar Yaqubov, Aydın Əliyev, Rza Rzayev, Yasin Əhmədov, Ülvi Əliyev və digər dindarlar azadlığa qovuşub.

Qeyd edək ki, adıçəkilən şəxslər əsasən narkotik ittihamı ilə şərlənərək həbs edilmişdilər.

Sosial median Azərbaycan seqmentində bildirilir ki, azadlığa buraxılan dindarların hər biri şərlənərək həbs olunmuş, işgəncə altında öz əleyhinə ifadə vermiş vətəndaşlardır.

Son amnistiya aktı ilə ümumilikdə həbsxanalarda olan minlərlə məhkumun amnistiyaya düşdüyü bildirilir: Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktının təsir dairəsində təxminən 17 000 nəfər olduğu deyilir.