Tehran, Moskva və Bakı, Şimal-Cənub dəhlizi qiymətlərinin təsbiti barədə razılığa gəliblər
İran, Rusiya və Azərbaycan Respublikasının rəsmiləri arasında imzalanan müqavilə, Şimal-Cənub dəhlizinin qərb qolunda daşınma məzənnələrini təsbit edir.
Üç ölkə eyni zamanda, başa çatmaqda olan milad ilində bu marşrutda konteyner tranzitinin altmış faizlik inkişafını qeyd edib.
Üçtərəfli görüş, İran İslam Respublikası, Rusiya və Azərbaycan Respublikasının dəmiryolu şirkətlərinin sədr müavinlərinin iştirakı ilə Moskvada keçirilib. Görüş, beynəlxalq Şimal-Cənub dəhlizinin qərb istiqaməti üçün mühüm nəticələrə gətirib çıxarıb.
Müzakirələrdə məqsəd, koridorun qərb qolunun ticarət cazibədarlığının artırılması olub.
İclasın sonunda, bu marşrutda əmtəə mal daşınması üzrə əhatəli və ümumi məzənnələrə şamil olan stil cədvəli,/ İran dəmiryolu şirkətinin ticarət məsələləri üzrə müavini Murtuza Cəfəri, Rusiya dəmiryolu şirkətinin icra direktorunun müavini xanım İrina Maqnuşevskaya və Azərbaycan Respublikası dəmiryolu şirkətinin sədr müavini İqbal Hüseynov tərəfindən imzalanıb. Bu razılaşma, noyabrın 26-sında Bakıda imzalanmış üçtərəfli anlaşma sənədinin icra edilməsi istiqamətində əldə olunub.
İclasda, tərəflər 2026-cı il üçün nəzərdə tutulan daşınma həcmini araşdırmaqdan əlavə, bildiriblər ki, 2025-ci ildə Azərbaycan Respublikası ilə İran arasında Astara sərhəd keçidi vasitəsilə qərb istiqamətində konteyner tranziti təqribən altmış faiz artıb və təqribən 7500 konteyner gediş-gəliş edibdir. Həmçinin, kimyəvi gübrələr, kağız, taxta, taxıl və dəmir metallarına şamil olan qeyri-konteyner yüklərinin cəzb olunmaları üzrə əməkdaşlıqların davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, dəhlizin qərb qolu, Qazaxıstan və Türkmənistandan keçən şərq qolunun əksinə olaraq, vahid dəmiryolu hərəkətinə malik deyil. Bu marşrutdakı əsas maneə, İran ərazisində Astara və Rəşt şəhərləri arasındakı 162 kilometrlik hissədir. Orada ticarət malları əsas dəmiryolu şəbəkəsinə və ya Fars Körfəzi limanlarına çatdırılmaq üçün dəmiryolu və şose yolu daşınmaları arasında dəyişdirilir. Bu üsuldan Rusiya kimi ölkələrin sürücüləri də geniş şəkildə istifadə edirlər