Dek 27, 2025 11:53 Asia/Baku
  • Bu gün dünyanın əsas ehtiyacı ədalətli milli və beynəlxalq İslami sistemdir

İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının illik toplantısına ünvanladığı müraciətdə buyurublar: Fəsad törədən və zalım zorakıların narahatlığının əsas səbəbi nüvə məsələsi deyil, İslami İranın ədalətsiz dünya nizamına və hegemon sistemin zorakılığına qarşı mübarizə bayrağı qaldırması və milli və beynəlxalq ədalətli bir nizama yönəlməsidir.

Həzrət Ayətullahül-üzma Xameneinin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının illik toplantısına ünvanladığı müraciətin mətni belədir:

Bismillahir-Rahmənir-Rahim

Əziz gənclər!

Bu il ölkəniz iman, birlik və özünəinam sayəsində dünyada yeni bir nüfuz və mövqe qazandı. ABŞ ordusunun və bu bölgədəki rüsvayçı törəməsinin ağır hücumu, İslami İran gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı qarşısında məğlub oldu. Sübut olundu ki, İran xalqı öz imkanlarından istifadə edərək, iman və saleh əməllər sayəsində, fəsadkar və zalım müstəmləkəçilərə qarşı möhkəm dayana bilər və İslam dəyərlərinə dəvəti hər zamankindən daha uca səslə dünyaya çatdıra bilər.

Bəzi alimlərimizin, sərkərdələrimizin və əziz xalqımızın bir qrupunun şəhid olması səbəbindən hiss olunan dərin kədər, iradəli İran gənclərini dayandıra bilməyib və dayandıra bilməyəcək. O şəhidlərin ailələri bu hərəkatın öncülləri sırasındadırlar.

Söhbət nüvə məsələsindən və bu kimi mövzulardan getmir. Söhbət, hazırkı dünyada ədalətsiz nizama və hegemon sistemin zorakılığına qarşı durmaqdan və həm milli, həm də beynəlxalq səviyyədə ədalətli İslam nizamına doğru irəliləməkdən gedir. Bu, İslami İranının bayrağını ucaltdığı  böyük bir çağırışdır və fəsadkar və zalım zorakıları narahat edən də budur.

Siz tələbələrin, xüsusilə xaricdə təhsil alan tələbələrin, bu böyük vəzifədə önəmli bir payı var. Qəlblərinizi Allaha təslim edin, öz qabiliyyətlərinizi tanıyın və cəmiyyətlərinizi bu istiqamətdə hərəkətə gətirin.

Allah sizinlədir və tam qələbə sizi gözləyir, inşallah.

Seyyid Əli Xamenei