Dek 27, 2025 11:59 Asia/Baku
  • İran Suriyada İmam Əli (ə) məscidindəki terror hücumunu pisləyib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Suriyanın Homs vilayətində yerləşən “İmam Əli ibn Əbi Talib (ə)” məscidində namaz qılanlara qarşı törədilən və bir sıra namaz qılanların şəhid olması və ya yaralanması ilə nəticələnən terror hücumunu kəskin şəkildə pisləyib.

İsmayıl Bəqai cümə axşamı baş verən bu dəhşətli cinayətin qurbanlarının ailələrinə başsağlığı verib, onlarla həmrəyliyini ifadə edib və yaralılara Allahdan şəfa diləyib.

O, İran İslam Respublikasının terrorizm və zorakı ekstremizmin bütün formalarını qəti şəkildə pisləyən prinsipial mövqeyini bir daha təkrarlayaraq, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hücumlar və bu ölkənin bəzi hissələrinin işğalı da daxil olmaqla, müxtəlif qanunsuz müdaxilələr yolu ilə terrorizm və ekstremizmin davam etməsi, yayılması və inkişafı üçün zəmin yaradan bütün tərəflərin məsuliyyət daşıdığını vurğulayıb.