Tehran ABŞ-ın İrana qarşı son təhdidlərindən sonra MAQATE-yə məktub göndərib
İran İslam Respublikasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi Amerikanın İranın dincməqsədli nüvə proqramına qarşı son təhdidlərinə cavab olaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə məktub göndərib.
Məktubda, işarə olunan təhdidlərin adi hal almasının nüvə silahlarının yayılmaması üzrə beynəlxalq rejimin və agentliyin etibarı üçün olacaq təhlükəli nəticələri haqda xəbərdarlıq edilib.
İran İslam Respublikasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi dünən gecə “X” platformasında bir mesaj yayıb. Mesajda xəbərdarlıq edilir ki: Bu kimi təhdidlərin adi hal alması, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin etibarını risk altına alır və doğruluğun yoxlanılması fəaliyyətləri əsasında formalaşan ona qarşı beynəlxalq etimadı zəiflədir.
Mesajda qeyd olunur ki, belə mülahizəsiz hərəkətlər pislənilməli və onun amilləri tam şəkildə cavabdeh sayılmalıdırlar.
Mesajın yayılması fonunda qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, bazar ertəsi günü sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra İran İslam Respublikasına qarşı keçmiş çərənləmələri və təhdidlərini təkrar edib.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı, ABŞ prezidentinin hədə-qorxularını BMT Nizamnaməsinin və beynəlxalq hüquq normalarının biabırçı şəkildə olunması kimi xarakterizə edib,/ bu təhrikedici ifadələrin hər kəs tərəfindən qəti şəkildə və qətiyyətlə pislənilməsini istəyib.
İran İslam Respublikasının BMT Nizamnaməsinin əlli birinci maddəsinə uyğun olaraq, qanuni müdafiə üzrə təbii və inkarolunmaz haqqına təkid edən İraqçı vurğulayıb ki, İran İslam Respublikası hər hansı təcavüzə qətiyyətli və peşmanedici cavab verməkdə tərəddüd etməyəcək.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi həmçinin ayrı məktublaşmalarda, ABŞ prezidentinin qanunsuz təhdidləri və təhrikedici ifadələrinə İranın kəskin etiraz hallarını/ BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə əks etdirib