Yan 03, 2026 11:49 Asia/Baku
  • Trampın müdaxiləçi ifadələrindən sonra İran BMT-yə məktub ünvanlayıb

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi BMT baş katibinə və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı təcili məktublarda, Donald Trampın son təhdidləri və müdaxilə mahiyyətli ifadələrinə reaksiya göstərib.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani, ABŞ prezidenti Donald Trampın müdaxiləçi ifadələrindən sonra BMT baş katibinə və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı təcili məktubda belə qeyd edib: Amerikanın tarixi keçmişi aydın şəkildə/ daim dırnaqarası «İran xalqını himayə» bəhanəsi və çətiri altında izlənilən təzyiq və müdaxilə meyarından xəbər verir.

İranın BMT-dəki səfiri BMT-nin baş katibi- Antonio Quterreşə və bu təşkilatın Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı məktubda belə əlavə edib: Başqa bir dövlətin daxilində zorakılıq və ya devriliş fəaliyyətlərinin hər cür təşviq və himayə olunması və ya asanlaşdırılması, beynəlxalq hüquqa əsasən, qanuna zidd beynəlxalq əməl hesab olunur və birbaşa şəkildə, müdaxiləçi dövlətin beynəlxalq məsuliyyətini ortaya qoyur.

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı öz məktubunda sonra belə qeyd edir: Macəranın gülünc və acı cəhəti ondadır ki, dırnaqarası «İran xalqını himayə» adlandırılan iddialar/ elə bir dövlətin başçıları tərəfindən irəli sürülür ki, həmin dövlət/ bütün dünyada qanunsuz şəkildə zorakılığa əlatma, devriliş əməliyyatları və hərbi müdaxilələr barədə uzun və sənədli keçmişə malikdir.

Bu əməllər Birləşmiş Millətlər Təşkilatının Nİzamnaməsi və beynəlxalq hüquq normalarının biabırçı şəkildə pozulması ilə törədilib. Onun gətirdiyi nəticələr də, terrorçu və ekstremist qrupların meydana gəlmələri və gücləndirilmələri,/ insan faciələri, dövlətlər və hökumətlərin dağılmaları və mülkilərin geniş miqaysda tələfatından ibarət olubdur- deyə , Əmir-Səid İrəvani bildirib.

Bundan əlavə, İran xalqı onilliklər boyu, Birləşmiş Ştatların dırnaqarası «onların rifahı üçün nigarançılıq» adlandırdığı məsələnin əsl nəticələrini/ hissolunacaq şəkildə təcrübə edib- deyən İranın BMT-dəki səfiri vurğulayıb ki: Amerikanın tarixi keçmişi aydın şəkildə/ daim dırnaqarası «İran xalqını himayə» bəhanəsi və çətiri altında izlənilən təzyiq və müdaxilə meyarından xəbər verir.