Yan 03, 2026 12:08 Asia/Baku
  • İran ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzünü pisləyib

İran ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzü və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü biabırçı şəkildə pozmasını kəskin tərzdə pisləyib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bildiribdir ki, Tehran, Amerikanın Venesuelaya qarşı hərbi hücumu və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü biabırçı şəkildə pozmasını kəskin tərzdə pisləyir.

Bəyanatda deyilir ki: Amerikanın Venesuelaya hərbi hücumu, BMT Nizamnaməsinin əsas prinsiplərinin və beynəlxalq hüququn əsas qaydalarının, xüsusən də  BMT Nizamnaməsinin gücdən istifadənin qadağan olunmasına dair ikinci maddəsinin dördüncü bəndinin aşkar şəkildə pozulması və «təcavüzkarcasına əməl»in bariz nümunəsidir. Bu hərəkət dərhal BMT, həmçinin beynəlxalq təhlükəsizlik, sülh və qanun aliliyindən narahatçılıq keçirən bütün dövlətlər tərəfindən qətiyyətlə pislənilməlidir.