Yan 04, 2026 12:25 Asia/Baku
  • Quterreş ABŞ-ın Venesuelaya hərbi təcavüzü ilə bağlı narahatlığını ifadə edib

BMT-nin Baş katibi Antonio Quterreş Venesuelada son gərginliyin artmasından və ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyatı ilə bağlı dərin narahatlığını ifadə edib və bu hadisələrin region üçün doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edib.

BMT-nin sözçüsü Stefan Düjarrik yaydığı bəyanatda bildirib: "BMT-nin baş katibi Antonio Quterreş Venesuelada baş verən son gərginliklərdən dərin narahatdır, Bu gərginlik ABŞ-ın bu gün həyata keçirdiyi hərbi əməliyyatdan sonra pik həddə çatıb və region üçün narahatedici nəticələrə səbəb ola bilər".

Venesueladakı mövcud vəziyyətdən asılı olmayaraq, bu cür hadisələr təhlükəli bir presedent yaradır. BMT-nin baş katibi bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə tam hörmət göstərməsinin vacibliyini bir daha vurğulayır və bu hadisələrdə beynəlxalq hüquq normalarına əməl olunmamasından ciddi narahatlıq keçirir, - deyə Düjarrik əlavə edib.