Yan 05, 2026 17:41 Asia/Baku
  • Bəqayi ABŞ-ın Venesuelaya hərbi təcavüzünü pislədi

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Venesuelaya hərbi təcavüzünü pisləyib və deyib: "Beynəlxalq ictimaiyyət ölkələrin suverenliyinin pozulmasına biganə qalmamalıdır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında ABŞ və sionist rejimin İrana qarşı hərəkətlərini və Venesuelaya hərbi təcavüzünü beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

O, yeni Milad ili münasibətilə dünya xalqlarını təbrik edərək, bu ilin cəzasızlığa son qoyulması və sülh və ədalətə doğru addım hərəkət ili olacağına ümid etdiyini bildirib.

Bəqayi qeyd edib ki, zorakılıqla əldə olunan sülh qanunsuz bir dünyanın əsasını qoyur və beynəlxalq ictimaiyyət qanuni suverenliyin pozulmasına qarşı laqeyd qalmamalıdır.

O vurğulayıb ki, İranın mövqeyi prinsipialdır və təcavüzün yeri və kimə qarşı olduğundan asılı deyil.