İran və Kuba xarici işlər nazirləri ikitərəfli həmkarlıqların gücləndirilməsi zərurətinə təkid ediblər
İran İslam Respublikası və Kuba xarici işlər nazirləri iki və çoxtərəfli əməkdaşlıqların, xüsusilə də Qoşulmama Hərəkatı və «BMT Nizamnaməsini müdafiə dostları» qrupu çərçivəsində gücləndirilməsi zərurətinə təkid ediblər.
Amerikanın Venesuelaya qarşı hərbi təcavüzünü pisləyən Seyid Abbas İraqçı, bu əməlin BMT Nizamnaməsini və beynəlxalq hüququn əsas qaydalarını aşkar şəkildə pozduğunu bildirib.
İraqçı bu təhlükəli qanun pozuntusu ilə açıq və qətiyyətli müxalifət üçün bütün dövlətlərin və BMT-nin məsuliyyətlərini nəzərə çarpdırıb.
İraqçı həmçinin xarici təhdidlər və qanunsuz iqtisadi təzyiqlər qarşısında dayandıqlarına görə, Kubanın xalqı və hökumətini alqışlayıb.
Kubanın xarici işlər naziri Bruno Rodriges də Amerikanın əminsizlik yaradan qanunsuz hərəkətlərini pisləyib, Kubanın istənilən xarici təhdid qarşısında müqavimətinə təkid edib. O, döyüşkən birtərəflilik ilə mübarizə üçün dost ölkələrin əməkdaşlıq və ahəngarlıqlarının vacibliyinə diqqət çəkib.