Yan 06, 2026 17:03 Asia/Baku
  • Düşmənçilik rəftarının davam etməsinə qətiyyətli və mütənasib cavab veriləcək

İran İslam Respublikası Müdafiə Şurasının katibliyi yaydığı bəyanatda düşmənin düşmənçilik rəftarlarının davam etməsi barədə xəbərdarlıq edib.

İran İslam Respublikası Müdafiə Şurasının katibliyi yaydığı bəyanatda ölkəyə qarşı müdaxilə mahiyyətli fikirlərin bildirilməsi və təhdid ədəbiyyatının şiddətlənməsini pisləyib. Vurğulayıb ki: İranın təhlükəsizliyi, istiqlayiyyəti və ərazi bütövlüyü, keçilməz qırmızı xəttdir və hər hansı təcavüz və ya düşmənçilik rəftarlarının davam etməsi, qətiyyətli və təyinedici cavabla üzlələşəcək.

Bəyanatda deyilir: Qanuni müdafiə çərçivəsində, İran İslam Respublikası özünü «əməldən sonra cavab»la məhduslaşdırmır və təhdidin eyni nişanələrini təhlükəsizlik tənliyinin bir hissəsi hesab edir.

Şifahi mövqetutmanı aşıb-keçən müdaxilə  və təhdid ədəbiyyatının şiddətlənməsi,/ düşmənçilik davranışı kimi başa düşülə bilər.  Bu yolun davam etdirilməsi,/ mütənasib, qətiyyətli və təyinedici cavaba gətirib çıxaracaq. Onun nəticələrinin məsuliyyəti, bu prosesi işləyib hazırlayanların üzərinə düşür.