Yan 10, 2026 11:53 Asia/Baku
  • Təxribatçılar qarşısında geri çəkilməyəcəyik

İslam İnqilabının Ali lideri Həzrət Ayətulla Xamenei vurğulayıb: İslam Respublikası yüz minlərlə şəhidini qanı bahasına qələbə çalıb. odur ki, təxribatçılar qarşısında geri çəkilməyəcək.

İslam İnqilabının Ali Rəhbəri on doqquz dey qiyamının ildönümü münasibətilə Qum əhalisi ilə görüşdə vurğulayıblar ki: Dünən gecə Tehranda bir ovuc təxribatçı gəlib, özlərinə  aid olan binanı xarab etdi- Amerika prezidentinin ürəyi xoş olsun deyə. O, əgər eləyə bilirsə, öz ölkəsini idarə etsin.

Qum əhalisinin Pəhləvi rejiminə qarşı və Həzrət İmam Xomeyni(r.ə) himayə istiqamətində günəş təqvimi ilə 1356-cı il dey ayının on doqquzunda etdiyi qiyamın ildönümü münasibətilə bu şəhər əhalisinin müxtəlif  təbəqələrindən olan minlərlə nəfər bu gün səhər hər ildə olduğu kimi, Tehranda İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə İnqilab Rəhbərilə görüşüb.

İnqilab Rəhbəri bu görüşdə vurğulayıblar ki: Dünən gecə Tehranda bir ovuc təxribatçı gəlib, özlərinə  aid olan binanı xarab etdi- Amerika prezidentinin ürəyi xoş olsun deyə. O, əgər eləyə bilirsə, öz ölkəsini idarə etsin.

Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Amerika prezidentinin əli minlərlə iranlının qanına bulaşıb.

İnqilab Rəhbəri sonra belə qeyd ediblər: Hamı bilsin ki, İran İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı ilə hakmiyyətə gəlib və təxribatçılar qarşısında təslim olmayacaq.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Bütün dünya barədə mühakimə yürüdən o kəs də bilsin ki, Firon, Nəmrud, Rzaxan və Məhəmmədrza kimi dünya zalımları ən yüksək vəziyyətdə devrildilər və o da devriləcəkdir.