Pezeşkiandan İsrailçilərə xəbərdarlıq
Prezident Pezeşkian bu gün İranda son hadisələr barədə xalqa müraciət edib.
Pezeşkian: Biz xalqın etirazlarını doğru hesab edirik, vəzifəmiz bilirik onlarla oturub, danışaq. 12 günlük müharibədə düşmənin niyyəti və iradəsi ölkəmizi və dövlətimizi xaosla üz-üzə qoymaq idi, amma onlar bunu edə bilmədilər. İndi isə, planlarının növbəti mərhələsində, xalqın xeyrinə aparılan iqtisadi islahat bəhanəsi ilə ölkədə iğtişaş yaratmaq niyyətindədirlər. Əziz xalqımızdan düşmənin sui-qəsdinə qarşı ayıq-sayıq olmağı xahiş edirik.
Etiraz xalqın haqqıdır və biz onların etirazına cavab verməyə borcluyuq, lakin iğtişaşlar törətmək və ictimai yerlərə hücum etmək, məscidləri yandırmaq, Allahın kitabını yandırmaq Amerika və İsrail rejiminin planları və sui-qəsdləridir.
Onlar ölkənin daxilində və xaricində bir qrup terrorçular öyrədiblər ki, necə məscidləri, bazarları və ictimai məkanları yandırıb iğtişaş törədmək üçün onları ölkəyə gətiriblər.