İranın elmlər naziri İstanbulda deyibdir ki: Aşura, cahilliyin islami mədəniyyətlə döyüşüdür
İranın elmlər, tədqiqat və texnologiya naziri İstanbulun Zeynəbiyyə kompleksində keçirilən Hüseyn Aşurası mərasimində, İmam Hüseyn(ə) qiyamını, əsl islami dəyərlərin bərpa edilməsi üzrə səy, həmçinin, idrak, ədalət və sülhdən yayınma ilə mübarizə adlandırıb.
O, Türkiyənin hökuməti və xalqının İrana verdikləri dəstəyə görə təşəkkür edib.İranın elmlər, tədqiqat və texnologiya naziri Aşuranı cahilliyin islami mədəniyyət, sivilizasiya və idrakla döyüşü adlandırıb.O, İslam Peyğəmbəri(s.ə.s.) besətinin idrak, ədalət və sülhün yayılmasındakı məqsədlərinə işarə edib. Bildirib ki: Bu dəyərlər, tarix boyu yayınmaya düçar olub və İmam Hüseyn(ə) ümməti islah etmək və onu geri qaytarmaq üçün qiyam etdi. İranın elmlər naziri həmçinin, Türkiyənin hökuməti və xalqının, xüsusən də Rəcəb Tayyib Ərdoğanın son ABŞ-sionist rejim təcavüzləri zamanı İrana verdikləri dəstəyə görə təşəkkür edib.