İranın güc nümayişi Bin Salmanı mövqeyini hakimiyyətin devrilməsindən anlaşmaya doğru dəyişdi
https://azeri.sahartv.ir/news/İran-i423012-İranın_güc_nümayişi_bin_salmanı_mövqeyini_hakimiyyətin_devrilməsindən_anlaşmaya_doğru_dəyişdi
New York Times qəzeti İrana qarşı müharibə zamanı Səudiyyə Ərəbistanı ilə ABŞ arasında artan ixtilafların formalaşması haqqındakı hesabatının bir hissəsində  vəliəhd Məhəmməd Bin Salmanın mövqeyindəki dönüşə diqqət çəkib.
(last modified 2026-07-02T14:54:38+00:00 )
İyul 02, 2026 18:51 Asia/Baku
  • İranın güc nümayişi Bin Salmanı mövqeyini hakimiyyətin devrilməsindən anlaşmaya doğru dəyişdi

New York Times qəzeti İrana qarşı müharibə zamanı Səudiyyə Ərəbistanı ilə ABŞ arasında artan ixtilafların formalaşması haqqındakı hesabatının bir hissəsində  vəliəhd Məhəmməd Bin Salmanın mövqeyindəki dönüşə diqqət çəkib.

ABŞ rəsmilərinin mövqeləri barədə məlumatlı olan mənbələr New York Times-a bildiriblər ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman döyüşlər başlamazdan əvvəl müharibənin risklərini Donald Trampa izah etmişdi.

Bununla belə, müharibə başladıqdan sonra o, ABŞ prezidentindən İran hakimiyyətinin məhv edilməsi üçün müharibəni davam etdirməsini istəyib, baxmayaraq ki, Səudiyyə Ərəbistanı bunu rəsmi bəyanatlarında təkzib edir.
Lakin İranın davamlı güc nümayişi və sabitliyi Bin Salmanı İranla razılaşmanı qəbul etməyə və bu ölkə ilə böhranın diplomatik yollarla həllinə meylləndirib.

ABŞ-ın hazırkı və keçmiş rəsmiləri New York Times‑a bildiriblər ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müharibənin müəyyən mərhələsində İrana qarşı gizli hücumlar həyata keçiriblər.
Buna baxmayaraq, şahzadə Məhəmməd Bin Salman BƏƏ sədri qədər gərginliyin artırılmasında həvəsli olmayıb. Eyni zamanda, onun mövqeyi Qətər və Oman rəsmilərindən daha aqressiv olub; həmin ölkələr ABŞ ilə İran arasında diplomatik vasitəçi kimi çıxış edirlər.