General-mayor Fədəvi:
İlk dəfədir ki, Fars körfəzində heç bir ABŞ hərbi gəmisi yoxdur
Okt 06, 2026 13:27 Asia/Baku
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müşavirlər qrupunun rəhbəri bildirib ki, bütün bu yeddi ay ərzində Hörmüz boğazı mütləq İranın nəzarəti altında olub və İlk dəfə olaraq Fars körfəzində, Hörmüz boğazında və Oman dənizində heç bir ABŞ hərbi gəmisi yoxdur.
O, əlavə edib: "Amerikalılar 1853-cü ildən bəri Fars körfəzində mövcud olublar. Lakin indi ilk dəfədir ki, nəinki Fars körfəzində, Hörmüz boğazında və Oman dənizində, hətta Hind okeanının şimal hissəsində belə bir dənə də olsun ABŞ hərbi gəmisi yoxdur".General-mayor Fədəvi davam edib: "Amerikalılar İran sərhədlərindən 1000 kilometrdən çox uzaqlaşıblar. Bu vəziyyət, İran İslam Respublikasının və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qüdrətinin nəticəsidir".