Cənubda terrorçu qruplaşmaların üç əməliyyat hücrəsi zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/İran-i423416-cənubda_terrorçu_qruplaşmaların_üç_əməliyyat_hücrəsi_zərərsizləşdirilib
İran Təhlükəsizlik Nazirliyi ölkənin cənub-şərqində terrorçu və təkfirçi qruplaşmalara aid üç əməliyyat hücrəsinin məhv edildiyini bildirib. Əməliyyat zamanı on terrorçu həbs edilib, iki terrorçu zərərsizləşdirilib və iki cinayətkar dəstə ifşa edilərək dağıdılıb.
(last modified 2026-10-14T14:32:21+00:00 )
Okt 06, 2026 00:30 Asia/Baku
  •  Cənubda terrorçu qruplaşmaların üç əməliyyat hücrəsi zərərsizləşdirilib

İran Təhlükəsizlik Nazirliyi ölkənin cənub-şərqində terrorçu və təkfirçi qruplaşmalara aid üç əməliyyat hücrəsinin məhv edildiyini bildirib. Əməliyyat zamanı on terrorçu həbs edilib, iki terrorçu zərərsizləşdirilib və iki cinayətkar dəstə ifşa edilərək dağıdılıb.

 

İran Təhlükəsizlik Nazirliyinin yaydığı bəyanatda bildirilir:Sözügedən üç hücrə İranşəhr, Sərbaz, Səravan və Zahidan şəhərlərində, Hörmüzqan vilayətinin Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq çərçivəsində Qeşm şəhristanında müəyyən edilib və hər hansı təxribat və ya terror aktı törədə bilmədən zərərsizləşdirilib.Terrorçulardan ikisi təhlükəsizlik qüvvələri ilə baş verən toqquşma zamanı öldürülüb, xaricdən sızmış bu terrorçu qrupların digər on üzvü isə həbs edilib.Bu terrorçular xaricdə hərbi təlimlər , o cümlədən partlayıcı maddələrdən istifadə və sui-qəsd üsulları üzrə təlimlər keçmiş, dağıntı və təhlükəsizlik pozuntusu yaratmaq məqsədilə İrana daxil olaraq gizli mənzillərdə məskunlaşmışdılar; lakin vətəndaşlardan daxil olan məlumatlar, həmçinin Sistan və Bəluçistan vilayətinin Polis İdarəsi və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq sayəsində onlar mühasirəyə alınaraq yaxalanıblar. Həbs edilən terrorçularla birlikdə külli miqdarda silah və sursat da müsadirə edilib.Bundan əlavə, cinayətkar dəstələrə zərbə vurmaq məqsədilə həyata keçirilən davamlı və məqsədyönlü kəşfiyyat əməliyyatları çərçivəsində İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları ictimai asayişi və təhlükəsizliyi pozan iki mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib və beş silahlı cinayətkarı silah və təchizatları ilə birlikdə yaxalayıblar.