Prezident Pezeşkian Ermənistanın xarici işlər naziri ilə görüşdə deyib:
Terror törədən və sanksiyalar tətbiq edən düşmənlə danışıqların mənası yoxdur
İran İslam Respublikası prezidenti Məsud Pezeşkian İran xalqının əzmkarlığını və qonşularla əlaqələrin gücləndirilməsi yolu ilə təzyiqlərin neytrallaşdırılmasının vacibliyini vurğulayaraq, bildirib ki, daim terror, sanksiyalar, təzyiq və təhdidlərə əl atan, həmçinin verdiyi vədə əməl etməyən düşmənlə danışıqlar aparmaq mənasızdır.
Prezident Məsud Pezeşkian oktyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə iki ölkə arasındakı əlaqələrin əla və dostcasına olduğunu vurğulayıb və bu əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.Prezident söhbətlərinin başqa bir hissəsində regionda baş verən son hadisələrə və hazırkı həssas vəziyyətə toxunaraq, diplomatik proseslərdən sonra ABŞ-nin öhdəliklərinə əməl etmədiyini və İrana qarşı müharibə tətbiq etdiyini qeyd edib.O, deyib: “ABŞ-lə problemimiz ondan ibarətdir ki, nə vaxt danışıqlar masasına əyləşsək, dərhal bizə müharibə tətbiq edilir. İndiyədək danışıqlardan sonra üç dəfə bizə hücum ediblər. Bu onu göstərir ki, onlar dialoq axtarışında deyillər, əksinə, onların əsas məqsədi İran İslam Respublikası quruluşunu devirməkdir". Prezident Vaşintonun insan haqları ilə bağlı iddialarını kəskin şəkildə tənqid edərək qeyd edib: "Hər gün terror, sanksiya, təzyiq və təhdidlərə əl atan, həmçinin verdiyi vədə əməl etməyən düşmənlə danışıqlar aparmaq mənasızdır və xalqımız da belə bir yanaşmanı qəbul etməyəcək."Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da vurğulayıb ki, ölkəsi xarici sanksiyalara baxmayaraq, İranla qarşılıqlı əlaqələrini qətiyyətlə davam etdirir və regionda sülhün bərqərar olması və nəqliyyat xətlərinin inkişafına çalışır.