General Abdullahi:
“Əl-Əqsa Tufani” sionist rejimin hesablamalarını pozdu
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-leytenant Əli Abdullahi vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı sionist rejimin təsəvvürlərini aşaraq, Müqavimət Cəbhəsinə qarşı düşmənlərin hesablamalarını alt-üst etdi.
General-leytenant Əli Abdullahi “Əl-Əqsa Tufanı” əməliyyatının ildönümü münasibətilə yayımladığı müraciətdə bildirib: “Bu əməliyyat müqavimət cəbhəsinin müdafiə strategiyasında dəyişiklik yaradaraq onu Fələstin xalqının və torpaqlarının müdafiəsi üçün hücum xarakterli strategiyaya çevirdi. Onun sözlərinə görə, əməliyyat sionist rejimin tənəzzül prosesini sürətləndirib.General Abdullahi Hacı Qasim Süleymani, Seyid Həsən Nəsrullah, İsmayıl Həniyyə və Yəhya Sinvar da daxil olmaqla Müqavimət Cəbhəsi şəhidlərinin xatirəsini ehtiramla yad edərək, onların mübarizəsinin davam edəcəyini və nəticədə Qüdsün işğalına sona qoyulacağını vurğulayıb.O, həmçinin qeyd edib ki, Fələstin amallarının və Müqavimət Cəbhəsinin müdafiəsi İran İslam Respublikasının Ali Rəhbərinin göstərişləri əsasında Qüdsi-Şərif azad olunana qədər davam etdiriləcək.