Polis qüvvələrinin rolu ikinci və üçüncü məcburi müharibələrdə daha da aşkar oldu
https://azeri.sahartv.ir/news/İran-i423450-polis_qüvvələrinin_rolu_ikinci_və_üçüncü_məcburi_müharibələrdə_daha_da_aşkar_oldu
İslam İnqilabının Ali Rəhbəri və İran Silahlı Qüvvələrinin Baş Komandanı, Polis Həftəsi münasibətilə yayımladığı müraciətdə ölkənin təhlükəsizliyinin təmin edilməsində İranın polis və nizam-intizam qüvvələrinin həlledici rolunu vurğulayaraq, bildirib ki, bu qüvvələrin təsirinin əlamətləri ikinci və üçüncü "məcburi müharibələr" zamanı özünü daha aydın şəkildə büruzə verib.
(last modified 2026-10-10T14:03:00+00:00 )
Okt 10, 2026 18:00 Asia/Baku
  • Polis qüvvələrinin rolu ikinci və üçüncü məcburi müharibələrdə daha da aşkar oldu

İslam İnqilabının Ali Rəhbəri və İran Silahlı Qüvvələrinin Baş Komandanı, Polis Həftəsi münasibətilə yayımladığı müraciətdə ölkənin təhlükəsizliyinin təmin edilməsində İranın polis və nizam-intizam qüvvələrinin həlledici rolunu vurğulayaraq, bildirib ki, bu qüvvələrin təsirinin əlamətləri ikinci və üçüncü "məcburi müharibələr" zamanı özünü daha aydın şəkildə büruzə verib.

İslam İnqilabının Ali Rəhbəri və İran Silahlı Qüvvələrinin Baş Komandanı Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Polis Həftəsi münasibətilə yayımladığı müraciətdə bildirib ki, böyük şəhərlərdən tutmuş kəndlərə və ölkə sərhədlərinə qədər İranın müxtəlif bölgələrində təhlükəsizliyin təmin edilməsi ölkənin təhlükəsizliyinin möhkəm sütunlarından biri olan polis qüvvələrinin fədakar və zəhmətkeş heyətinin şücaət və cəsarətinə borcludur.O Həzrət vurğulayıb: "Amerikan-sionist düşmənin bu qüvvələrin, ən yüksək komandanlıq səviyyələrindən tutmuş ön xətdəkilərə qədər, müxtəlif səviyyələrinə olan hücumları onların missiyalarını dayandıra bilmədi və Fəraca əməkdaşları hətta küçələrdə və nəqliyyat vasitələrində belə öz vəzifələrini yerinə yetirməyə davam etdilər.İslam İnqilabının Ali Rəhbəri polis qüvvələrinin və onların ailələrinin fədakarlığını yüksək qiymətləndirərək, təhlükəsizliyin qorunmasına cavabdeh olan qüvvələrin hər tərəfli gücləndirilməsinin, texnologiyaların inkişaf etdirilməsinin və polis qüvvələrinin öz vəzifələrini yerinə yetirmək imkanlarının artırılması üçün süni intellektdən məqsədyönlü istifadənin vacibliyini vurğulayıb.