Noy 05, 2022 11:08 Asia/Baku
  • Şirazda

İranın cənubundakı Fars vilayətinin məhkəmələrinin sədri Şirazda "Münafiqlər" terror qruplaşmasının üç üzvünün həbs edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fars vilayətinin məhkəmələrinin sədri Höccətülislam Seyid Kazim Musəvi həbs edilən bu terrorçuların fəaliyyətinin təkcə Fars vilayəti ilə məhdudlaşmadığını, digər vilayətlərdə də terror fəaliyyətlərini həyata keçirdiklərini bildirib.

O, deyib: "Saxlanılan şəxslər "Münafiqlər" terror qruplaşması və onun cinayətkar liderinin xeyrinə təbliğat layihələri hazırlayıb və onlara rəhbərlik ediblər".

Fars vilayətinin məhkəmələrinin rəhbəri qeyd edib ki, bu aktiv terror dəstəsi bu yaxınlarda təxribat əməliyyatı planlaşdırırdı, lakin onlar İranın təhlükəsizlik qüvvələrinin kəşfiyyat monitorinqi və əməliyyat tədbirləri ilə həbs olundular".

Musəvi əlavə edib: "Onların üzərindən partlayıcı maddələr götürülüb".

Teqlər