İyul 01, 2017 20:15 Asia/Baku
  • İran təbiəti; füsunkar möcüzələr diyarı
    İran təbiəti; füsunkar möcüzələr diyarı

Öz gözəl və füsunkar təbiəti ilə hər bir kəsi valeh edən İranda ilin hər bir fəslində təbiətdə mövcud olan 4 mövsümü təcrübə etmək mümkündür. Elə buna görədir ki, ilin soyuq fəslində isti təbiəti ilə tanınan cənub ostanlarına səfər edən insanlar, isti yay günlərində öz sərin havası ilə könül oxşayan məntəqələrə üz tutarlar.

 

Xuzestan ostanında 13 şəhər dünən 50 dərəcədən yuxarı temperaturu təcrübə etdi. Ötən 24 saat ərzində Əhvaz, Ramhörmöz, Abadan, Ümidiyə, Bustan, Şuş və Şuştər şəhərləri sözün əsl mənasında od tutub yanırdı. Havanın isti olması insanların gündəlik həyatını ciddi təsir altına alsa da, bəziləri bu yandırıcı istilərdən xilas olmaq üçün fürsət tapıb ölkənin sərin və səfalı güşələrinə səfər etməyə üstünlük verirlər. Bu məntəqələrdən biri isə öz sərin ab-havası ilə məşhur olan Kohkiluyə və Buyrəhməd ostanıdır. Belə ki, ötən günlər ərzinidə Kohkiluyə və Buyrəhməd ostanı xüsusi ilə cənub bölgələrindən gələn 1 milyon 200 min qonağa ev sahibliyi edib. Kohkiluyə və Buyrəhməd ostanı göz oxşayan gözəl təbiəti ilə hər kəsi valeh edir.

 

İranlı turist:

Çox gözəl təbiəti var. Suyu var, ağacları var. Hər tərəf yaşıllıqdır.

 

İranlı turist:

Buranı bizə tövsiyə etdilər və həqiqətən çox gözəldir.

 

İranlı turist:

Çox gözəl yerdir.

 

Kohkiluyə və Buyrəhməd ostanı ilə yanaşı, isti yay günlərində insanların üz tutduğu digər səfalı guşələrdən biri də Çaharmahal və Bəxtiyari ostanıdır.

Cənub şəhərlərindən bura üz tutanların sevinci isə vəsf ediləsi deyil.

 

İranlı turist:

Biz dünən gəldiyimizdə hava çox  soyuq idi. İki yorğan örtsək də, üşüyürdük.

 

Çaharmahal və Bəxtiyarı öz gözəl təbiəti, sərin havası və yaşıl çölləri ilə bu günlər iranlıların səfər üçün seçdiyi məkanlardan biridir. 

Gözəl gölməçələri, nadir quşları və yaşıl çölləri ilə zəngin təbiətə malik olan bu ostan isti yay günlərində uzaqdan gələn qonaqlara ev sahibliyi edir.

 

İranlı turist:

Hər bir iranlıya bura səfər etməyi tövsiyə edirəm.

 

Gözəl təbiətə habelə, dini və tarixi məkanlara malik olan, Çaharmahal və Bəxtiyarı ekstremal idman tərəfdarları üçün də münasib seçim sayılır.  

 

Teqlər