Avq 21, 2015 18:23 Asia/Baku
  • Allaha Şikayət - Bu da bir haldır
    Allaha Şikayət - Bu da bir haldır

Bu da bir haldır, Allaha şikayət halı. İnsan təkcə cismən yox, ruhən də dəyişir.

. İl dəyişəndə (il təhvil olanda, novruzda) oxunan dua çox məşhurdur: یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ حَوِّلْ حَالَنَا إِلَی أَحْسَنِ الْحَالِ Mənası budur ki, ey qəlbləri və gözləri dəyişən (haldan-hala salan), ey gecə və gündüzü aparan, ey il və halları dolandıran, bizim halımızı ən yaxşı hala çevir! Duadan belə nəticə çıxarmaq olmaz ki, şikayət halını Allah yaradır. Duada bütün pis hallardan qurtuluş üçün Allaha ağız açılır. Demirik ki, şikayət pis haldır. Hər şeyin yaxşı-pisi olduğu kimi şikayətin də bəyəniləni-bəyənilməyəni var. Ağrı oradan başlayır ki, problem yaratmış adama ya gücün çatmır, ya da əlin. Bəli, problem yaratmış adama! Çünki problem öz-özünə yaranmır, onu yaradan var. Hətta bu problem sel ya zəlzələsə, xərçəng ya QİÇS-sə, yenə onun arxasında insan amili var. Mövzu mürəkkəbdir və səhvə yol vermək ehtimalı var. Bu səhvlərdən sığortalanmaq üçün mənbələrə üç tutaq: -Həzrət Əli (ə): Öz çətinliyindən möminə şikayət edən sanki Allaha şikayət eidb. Amma qarşısına çıxan çətinliyə görə kafirə şikayət edən sanki Allahdan şikayət edib! مَن شَكَا الحاجَةَ إلى مُؤمنٍ فكأنّهُ شَكاها إلَى اللّه‏ِ ، و مَن شَكاها إلى كافِرٍ فكأنّما شَكا اللّه‏َ -Həzrət Əli (ə): Müsəlman çətinliyə düşəndə Rəbbindən yox, işlərin cilovu və tədbiri əlində olan Rəbbinə şikayət etməlidir. إذا ضاقَ المسلمُ فلا يَشكُوَنَّ رَبَّهُ عَزَّ و جلَّ ، و لْيَشكُ إلى رَبِّهِ الذي بِيَدِهِ مَقالِيدُ الاُمورِ و تَدبِيرُها -Həzrət Əli (ə): Elə birinə şikayət et ki, sənin çətinliyini aradan qaldırmağa gücü olsun. اِجعَلْ شَكواكَ إلى مَن يَقدِرُ على غِناكَ -Həzrət Əli (ə): Allaha şikayət edirəm o camaatdan ki, nadan yaşayıb, azğın halda ölür. إلَى اللّه‏ِ أشكُو مِن مَعشَرٍ يَعِيشُونَ جُهّالاً و يَمُوتُونَ ضُلاّلاً -Həzrət Əli (ə) savaş meydanında düşmənlə üzbəüz gələndə deyərdi: Allahım! Sənə şikayət edirəm peyğəmbərlərin yoxluğu, düşmənlərin çoxluğu və arzularımızın pərakəndəliyindən! اللّهُمَّ إنّا نَشكُو إلَيكَ غَيبَةَ نَبِيِّنا ، و كَثرَةَ عَدُوِّنا ، و تَشَتُّتَ أهوائنا . Bir gün İmam Səccad (ə) Mədinə müsəlmanlarına Həzrət Peyğəmbərin (s) dilindən belə danışırdı: İnsan ölür və cənazəsi aparılan zaman tabutu götürənlərdən soruşur ki, məni eşidirsiniz? Deyir ki, Allahın düşməni olan şeytandan sizə şikayətim var. Deyir şeytan məni aldatdı, bu yerə çatdırdı. Deyir ki, məni başına buraxmış siz bacı-qardaşlardan şikayətim var... Ətrafdakılar arasında İmamın (ə) sözlərini məsxərəyə qoyan olur. İmam (ə) şikayətlənir: “Bu camaatla necə rəftar edəcəyimi bilmirəm. Onlara Peyğəmbərin (s) sözlərini danışanda gülürlər. Ey Rəbbim, əgər o şəxs Peyğəmbərin (s) hədisini məsxərəyə qoydusa ona ağır əzab ver.” Qırx gün sonra həmin şəxs dünyasını dəyişir... -İmam Sadiqdən (ə) Allah yanında ən mənfur məxluq barədə soruşulur. İmam (ə) buyurur: “Allahı ittiham edən şəxs.” Sual verirlər ki, məgər kimsə Allahı ittiham edir? İmam (ə) cavabında buyurur: “Bir şəxs Allahdan xeyir istəyir, amma Allah onun xeyrini xoşlamadığı işdə qərar verəndə narahat olur. Bu şəxs Allahı ittiham etmişdir.” Daha kimlərin Allahı ittiham etdiyi soruşulanda buyurur: “Asayiş zamanı şükür etməyən, çətinliyə düşəndə həddən artıq şikayətlənən insan...” Qurani-Kərim də şikayət mövzusundan yan ötməyib: Mücadilə curəsininin başlanğıcında oxuyuruq: Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir! )بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ( Yusuf surəsi, ayə 86: (Yəqub) Belə cavab verdi: “Mən dərddən yalnız Allaha şikayətlənirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ Fürqan surəsi, ayə 30: Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək. وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا Qiyamətdə şikayətçilərdən biri də Qurani-Kərimdir. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü xalqdan üç şikayətçi səhnəyə gələr: Quran, məscid və əhli-beytim.” Quran şikayətlənər: “Allah məni tilavət etmək əmri versə də bəziləri məni üzünə oxumağı bacarmadı, bəziləri oxudu, amma tilavət haqqını (şərtlərini) yerinə yetirmədi, bəziləri oxudu, amma oxuduğunu anlamadı, bəziləri oxuduğuna əməl etmədi, bəziləri oxuduğuna özü əməl etdi, amma başqalarına yol göstərmədi,

Teqlər