Okt 13, 2015 15:20 Asia/Baku

Həcc islamın mühüm dəyərlərindən biridir ki bunun da əsas mahiyyəti müsəlmanların vəhdəti deməkdir.

Az. R. İslam Partiyasının siyasi məsələlər üzrə müavini Akif Heydərli Beynəlxalq Səhər Telekanalının azəri radiosu ilə Minada baş verən acı hadisə ilə bağlı fikirlərini bölüşərək söyləyib: Həcc islamın mühüm dəyərlərindən biridir ki bunun da əsas  ahiyyəti müsəlmanların vəhdəti, müsəlmanların zülmə qarşı mübarizəsi və şeytanın daşlaması və digər insani əməllərə riayət olunmasıdır ki həcc mərasiminin məzmununun geniş formada dəyəri deməkdir. Həcc mərasimi əsasən vəhdət prinsipidir. Təəssüflər olsun ki bucür məqama qiymət və dəyər verməyən səudiyəli məqamlar belə bir faciələrin baş verməsinin qarşısını almır əksinə nəzərə gəlir ki süni şəraitdə bunları edir və çox təəssüflər olsun ki Səudiyyə Ərəbistanın həcc ziyarətinə rəhbərlik etməsi müsəlmanları narahat edir . Həcc mərasiminə rəhbərlik dünya müsəlmanlarına tapşırılmalıdır. Dünya müsəlmanları yekdillik və vəhdət sayəsində buna qayda və nizam verməlidirlər. Səudiyyə rejiminin belə bir laqeydsizliyi heç cür qəbul ediləsi məsələ deyil və bunun çarəsi müsəlmanların vəhdəti sayəsində qılınmalıdır...

Teqlər