“İnsan” surəsinin fəzilətləri
Ruhun güclənməsinə, əsəblərin qüvvətlənməsinə, depressiyanın aradan getməsinə yardımçı olan “İnsan” surəsinin fəzilətləri
İnsan” surəsi Quranın 76-cı surəsidir ki, Mədinədə nazil olmuşdur və
31 ayəsi vardır. Bu surənin başqa adları da vardır. O cümlədən: “Dəhr”,
“Həl-əta”.
İmam Baqir (ə) bu surə haqqında buyurur: “İmam Həsən (ə) və İmam Hüseyn (ə) uşaq olan zaman xəstələnirlər və Peyğəmbər (s) onları ziyarət edir. İmam Əliyə (ə) buyurur: “Ey Əbəl-Həsən! Əgər uşaqların üçün nəzir etsən, Allah onlara sağlamlıq verər”. İmam Əli (ə), Həzrət Fatimə (s.ə) və Fizzə nəzir edirlər ki, üç gün oruc tutsunlar ki, onların xəstəliyi şəfa tapsın. Birinci gün iftar zamanı bir yoxsul evin qapısına gəlir və yemək istəyir. Onlar öz yeməklərini ona verirlər. İkinci gün iftar zaman yetim və əsir evin qapısına gəlir və onlar yeməklərini ona verirər. Üçüncü gün Zilhiccə ayının 25-i idi və “Həl-əta” surəsi Peyğəmbərə (s) nazil olur”. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İnsan” surəsini oxuyar, mükafatı behişt və behişt huriləri olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “İnsan” surəsini oxuyar, Allah onu çoxlu behişt huriləri ilə evləndirər və axirət evində Peyğəmbərlə (s) olar”.
İmam Sadiq (ə) buyurur: “Mən cümə axşamı gününün sübh namazında “İnsan” surəsini oxuyan Əhli-beyt (ə) davamçısı üçün zaminəm. Əgər gecə və ya gündüz ölərsə, günahlarına görə hesab vermədən behiştə daxil olar. Onun üçün hesab məhkəməsi olmaz, qəbirdə ondan sorğu-sual olmaz. Əgər sağ olarsa, İlahi amanda olar. Dünya bəlası ondan götürülər və yer canlılarından heç biri gələn cümə axşamı gününə qədər ona ziyan vurmaz”.
Bu surənin bərəkətlərindən biri ondadır ki, ruhun və qəlbin güclənməsinə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İnsan” surəsini davamlı olaraq oxuyarsa, əgər ruhu zəifdirsə ruhu güclənər. Əgər bu surəni yazsalar və yuyub suyunu içsələr, ürək ağrısı üçün faydalıdır”.
İmam Sadiq (ə) buyurur: “”İnsan” surəsini oxumaq ruhun güclənməsinə, əsəblərin qüvvətlənməsinə səbəb olar və depressiyanın rahatlanması üçün faydalıdır. Əgər kimsə onu oxumaqda zəifdirdə və onu oxuya bilmirsə, bu surəni yazsın və yuyub suyunu içsin və nəfsi zəifliyin qarşısını alar”.
/Deyerler.org/