İyun 22, 2016 23:12 Asia/Baku
  • Qurani-Kərimdə gecə vaxtına verilən əhəmiyyət
    Qurani-Kərimdə gecə vaxtına verilən əhəmiyyət

Qurani-Kərimdə gecə vaxtına verilən əhəmiyyət

Qurani-Kərimdə Ləyl (gecə) kəlməsi və ondan ayrılanlar, ocümlədən: ləylən, ləyləh, ləyləhə, ləyəl və s. təqribən 90 dəfə gəlmişdir. Bu da Quranın gecə haqqında, onun əhəmiyyəti barəsində danışdığına nişanədir. İlahi bərəkətlərdən çoxu gecə nazil olmuşdur. Allah Təala Quranı gecə nazil etmiş. Peyğəmbərini (s) gecə vaxtı meraca aparmışdır.

“Münəzzəh olan Allah bəndəsini gecə vaxtı apardi” (“İsra” 1).

Həzrət Musanın (ə) da Allah nəzərində ziyafəti və qonaqlığı gecə vaxtı həyata keçmişdir.

“Musa ilə otuz gecə vədələşdik, sonra onu daha bir on gecə ilə tamam etdik. Beləliklə, Rəbinin müəyyən etdiyi vaxt qırx gecədə başa çatdı” (“Əraf” 142).

Gecənin qəribə, qeyri-adi rəmz və sirləri vardır. Qaranlıq və sakit olsa da, qəlbi təmiz olanlar üçün məxsusi nuraniyyət vardır. Gecənin sakit və aramlığının, insanın qəlbinin və fikirlərinin tam təmərküzləşib onu Yaradan Məbuda tərəf yönəltməkdə misilsiz faydaları vardır. İnsanın mənəvi yüksəlişi qurbi-İlahiyə çatmaqda İmam Həsən Əsgəri (ə) də buyrduğu kimi, gecə vaxtı xüsusi önəm daşıyir.

“Allaha yetişmək bir səfərdir ki, yalnız gecənin mərkəbi (miniyi) ilə yol getmək və məqsədə çatmaq olar”.

Ayətullah Kaşiful-Ğitanın (r.ə) tərcümeyi-halında yazılır ki o, gecələrin təhəccüd üçün qalxdı. Cavan oğlunu yuxudan oyatdı və buyurdu: “Qalx, mütəhhər hərəmə gedib, orada namaz qılaq”. Gecənin o vaxtında yuxudan oyanmaq cavan oğlana çətin olduğuna görə dedi. “Mən hələ hazır deyiləm, siz məni gözləməyin, sonra gələrəm”.

Buyurdu: “Xeyr, mən burada dayanmışam, qalx, hazırlaş birlikdə gedək”. Ağazadə məcbur qalaraq yerindən qalxdı, dəstəmaz alandan sona birlikdə yola düşdülər. Hərəmin yanında fəqir bir kişinin yolçluq etdiyini gördülər. O yüksək məqamlı alim dayandı və oğluna buyurdu: “Bu şəxs gecənin bu vaxtl burda nə üçün oturmuşdur?”.

Dedi: “Camaatdan dilənçilik etmək üçün”.

Buyurdu: “Yoldan keçən camaat tərəfindən nə qədər pul mümkündür ki, ona yetişsin?”.

Dedi: “Təqribən bir tümən”.

Buyurdu: “Düz fikirləş, gör. Bu adam dünyanın az qiymətli və az ehtimal verilən bir məbləğ üçün bu gecə vaxtı yuxu və istirahətindən əl götürüb, bura gələrək bir küncdə oturub, əlini zəlilanə camaata uzatmışdır. Sən bu şəxs qədər Allahın gecə oyaq qalanlara verdiyi vədəsinə etimad etmirsən”.

Deyirlər, o cavan bu sözü o qəlbi diri şəxsdən eşidəndən sonra hərəkətə gəldi və ayıldı, ömrünün axırına kimi gecə oyaq qalmağın səadət və şərəfindən istifadə etdi.

Gecə vaxtının əhəmiyyətini qeyd etdikdən sonra, gecələrin şahı sayılan və mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsini qeyd etməmək olmaz.

Bu, bir gecədir ki, Quran nazil olub.

Bu, bir gecədir ki, min aydan üstündür.

Bu, bir gecədir ki, mələklər və ruh Rəblərinin izni ilə hər bir işdən ötrü yerə enərlər.

Bu, bir gecədir ki, dan yeri ağarana qədər salamatlıqdır.

İnsanların günahları bağışlanan, duaları qəbul olan, müqəddəratları həll olan bir gecə. Həqiqi İlahi ziyafət ayında İlahi ziyafət gecəsi. Bu gecənin özünün geyimi var ki, ona təqva deyilir. Belə bir gecənin geyimini əldə etmək üçün gərək ona malik olanlara müraciət edək.

Məsumlara təvəssül edək, onlardan istəyək. Rəhmət imamı olan Peyğəmbərimizə (s), yetimlər atası Əliyə (ə), Qədr gecəsinin sirri olan Fatimeyi-Zəhraya (s.ə), cənnət cavanlarının ağaları İmam Həsənə (ə) və İmam Huseynə (ə).

Allahım, bu nurani şəxslərə xatir bizlərə Qədr gecəsinin mərifətini nəsib et. İlahi, amin!

 

İlham Mehdiyev,

“Dəyərlər”in oxucusu

Teqlər