İyul 26, 2016 17:02 Asia/Baku
  • Sileyi-rəhm ancaq görüşmək və hal-əhval tutmaq deyildir.
    Sileyi-rəhm ancaq görüşmək və hal-əhval tutmaq deyildir.

Sileyi-rəhm ancaq görüşmək və hal-əhval tutmaq deyildir.

İslam dini yeganə dindir ki, sileyi-rəhm mövzusuna bu qədər əhəmiyyət verir. Bu da dinimizin ictimai rabitələrə nə qədər dəyər verdiyindən xəbər verir.

Qurani-Kərim buyurur: “Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver.(Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin (s) yaxın qohumlarına (Məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver). Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır”. (”Rum” 38).

Bu gözəl ayədən belə nəticəyə gəlmək olur ki, sileyi-rəhm odur ki, insan qüdrəti çatdığı qədər öz yaxınlarına və qohumlarına yardım etməlidir. O zaman sileyi-rəhm öz həqiqi mənasına qovuşur.

İnsanların əksər hissəsi elə bilir ki, sileyi-rəhm sadəcə qohumlara baş çəkmək və onların halını soruşmaqdır.Sileyi-rəhm əslində qohumlar arasında mehr, məhəbbət, səfa və səmimiyyəti bərqərar etməkdir. İnsan yaxınlarına və qohumlarına yardım edərək, bu mehr və məhəbbətə malik ola bilər.

İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Ey insanlar! Heç kəs öz tayfasından və qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mal-dövlətə malik olsa belə. Şübhəsiz ki, onu müdafiə etmək üçün onların əl və dilinə ehtiyaclıdır. İnsanın yaxınları – ona olmadıqları zamanlarda yardım edən mühüm şəxslərdirlər. Onun girftarlıqlarını və dağınıqlıqlarını daha yaxşı aradan qaldıra bilirlər. Çətin zamanlarda və xoşagəlməz hadisələrdə ona qarşı hamıdan daha mehribandırlar.

İnsanlardan heç birisinin qohumlarından üz döndərməyə haqqı yoxdur. O zaman ki, onları yoxsulluqda görər – lazımdır ki, mal ilə onlara ehsan etsin və əgər onu Haqqın istifadəsinə versə, azalmaz. Hər kim öz qohumlarından əl çəkər, onlardan (qohumundan) bir əl götürülmüş olar, ondan isə daha çox əl. O kəs ki, qohumlarına qarşı təvazökar və mehriban olar, davamlı olaraq onların sevgisini özünə tərəf cəlb edər.

Qohumlarını əziz tut, çünki onlar sənin üçün qanadlardırlar ki, onun vasitəsilə uçursan. Kökdürlər ki, onlara tərəf gedirsən. Əldirlər ki, onunla qüdrət əldə edirsən”.

İmam Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, Allah tərəfindən sərvət əldə edər, gərək onun vasitəsilə qohumlarına dəstək olsun”.

Sileyi-rəhmi bir neçə dəstəyə bölmək olar:

1. Can vasitəsilə olan sileyi-rəhm. Əbülfəzl Abbasın fədakarlığı kimi.

2. Mal vasitəsilə olan sileyi-rəhm. O qohumların ki, maddi ehtiyacları vardır onlara yardım edilməlidir.

3. Fikir vasitəsilə olan sileyi-rəhm. Çətinlikləri həll etmək üçün məsləhətləşmək kimi.

4. Sevgi vasitəsilə olan sileyi-rəhm. Qohumlarımızla həm dilimizlə, həm də qəlbimizlə mehriban olaq.

/Deyerler.org/

Teqlər