May 05, 2021 11:10 Asia/Baku
  • Azərbaycan 3 erməni diversantı azad edib

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən 62 erməni hərbçilərdən üçü Azərbaycan Respublikası prezidenti İlham əliyevin sərəncamı ilə azad edilib.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata əsasən, azad edilən 3 erməni hərbçi Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılıb.

Məlumata görə Azad edilmiş Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakının müəyyən edilmədiyi bildirilir.

Buna baxmayaraq ötən il dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisinin həlak olduğu, 1 mülki şəxsin ağır yaralandığı bildirilmişdi. Elə dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrupun tamamilə zərərsizləşdirildiyi və 62 nəfər Ermənistan hərbçisinin tutulduğu elan edilmişdi.  

Qərb qurumları, xüsusiylə bəzi avropa dövlətləri və qurumları Azərbaycan Respublikası tərəfindən erməni diversantları adlandırılan həmin 62 nəfəri hərbi əsir hesab edərək onların dərhal Ermənistana təhvil verilməsinə çağırır.

Bu kimi çağırışlara cavab olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda erməni əsirlərin olmadığını, saxlanılan şəxslərin isə mülki vətəndaşlara və hərbçilərə qarşı terror-diversiya hərəkətləri etdiyini bildirmişdi.

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov da bu barədəki ard-arda olan çağırışlar və təzyiqlərə cavab olaraq, 8 apreldə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında demişdi ki, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib. Cehhun Bayramov əlavə olaraq bildirmişdi: “Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir.

 

 

 

 

 

 

Teqlər