Fev 08, 2022 10:29 Asia/Baku
  • Fransada islamofobiya güclənib

Fransa hökuməti ekstremizmlə mübarizə, həmçinin bu ölkə müsəlmanlarını Fransa cəmiyyəti və mədəniyyətinə uyğunlaşdırmaq iddiası ilə «Fransa İslam Assambleyası» adlı yeni bir orqanın yaradıldığını bildirib

SəhərAzəri-nin məlumatına əsasən, Fransa prezidenti Emmanuel Makronun bu ölkədə İslamı zəiflətmək istiqamətindəki geniş səylərinin bir hissəsi olan «Fransa İslam Assambleyası»nın işə salınması ilə «Fransa Müsəlmanlarının Dini Şurası» adı altında fəaliyyət göstərən öncəki orqan buraxılacaq.

Fransa hökuməti saxta bir orqan olan bu yeni orqanın üzvlərinin seçilməsinə nəzarət edəcək.

«Fransa İslam Assambleyası»nın yaradılmasının himayədarları iddia ediblər ki, bu yeni orqan demokratik və sekularizm dəyərlərini qoruyub saxlamaqla Fransanı ekstremistlərin təhdidlərindən toxunulmaz saxlaya bilər.

Bunun qarşılığında bir çox tənqidçi isə deyibdir ki, Fransa hökumətinin bu hərəkəti, son illər ərzində bu hökumətin və fransız mediaların islamofob təbliğatları hədəfinə çevrilmiş müsəlmanlara qarşı əsası qoyulmuş ayrı-seçkilik istiqamətində atılan digər bir addımdır.

FRANSADA İSLAMOFOBİYA GÜCLƏNİB

Teqlər